Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iunda keçiriləcək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etməyəcək.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters”ə Qazaxıstan hökumətinin mətbuat xidmətindən bildirilib.
Hökumət bu qərarın səbəblərini şərh etməkdən imtina edib.
Tokayevin əvəzinə Qazaxıstandan foruma Baş nazirin müavini Roman Sklyar və iqtisadiyyat nazirinin müavini Timur Jaksılykov gələcək.
Tokev ötən yay bu forumda iştirak etmiş, Putinlə ikitərəfli görüş keçirmişdi. Forumun plenar iclasında Tokayev Qazaxıstan hakimiyyətinin “DXR” və “LXR”i tanınmadığını bəyan etmişdi.
“Hesablanıb ki, əgər bir millətin öz müqəddəratını təyin etmək hüququ bütün dünyada reallaşarsa, o zaman hazırda BMT-nin üzvü olan 193 dövlətin əvəzinə Yer kürəsində 500 və ya 600-dən çox dövlət yaranacaq. Təbii ki, bu, xaos olacaq”, – Tokayev bildirmişdi. O, eyni səbəbdən Abxaziya, Cənubi Osetiya, Kosovonu və Tayvanı tanımadığını demişdi.
Azpost.info
