Tom Kruz Rusiyanın sabiq deputatının qızı ilə sevgilidir –FOTO

Məşhur kino ulduzu, 61 yaşlı Tom Kruz 36 yaşlı rus sevgilisi ilə münasibətlərini rəsmən açıqlayıb.

Azpost.info bildirir ki, 2023-cü ilin dekabrında 61 yaşlı Tom Kruzun 36 yaşlı rusiyalı Elsina Xayrova ilə münasibətdə olması barədə şayiələr yayılmışdı. O vaxtdan bəri İnternetdə onların romantik əlaqələrini təsdiqləyən bir şəkil və ya video görünməyib.

Yalnız insayderlər bəzi təfərrüatları açıqlaya biliblər. Məsələn, Tom bir görüş üçün elit restoranın bütün mərtəbəsini icarəyə götürüb.

Bununla belə, daha bir mənbə “Daily Mail”ə deyib ki, cütlük artıq dostlarına münasibətlərini elan edib: “Elsinanın ətrafına yaxşı məlumdur ki, o, Tomla indi birlikdədir. Birlikdə vaxt keçirməkdən həzz alırlar”.

Düzdür, hələlik sevgililər məxfiliyi qorumağa çalışırlar.

Rusiyada Elsina tez-tez saytların dedi-qodu xəbərlərində yer alır. O, Dövlət Dumasının keçmiş deputatının qızı və oliqarx Dmitri Svetkovun keçmiş həyat yoldaşıdır.

Sonuncu, yeri gəlmişkən, jurnalistlərlə deyib ki, 11 illik evliliyi ərzində o, paltarlara 10 milyon funt sterlinq, çantalara təxminən iki milyon və bir neçə il davam edən boşanma üçün daha 150 milyon funt-sterlinq xərcləyib.

Azpost.info

Əvvəlki məqalə

Kişi keçmiş arvadını küçədə niyə öldürüb? –

Sonrakı məqalə

“ABŞ NATO-dan çıxsa bu Amerika üçün fəlakət olacaq” –