Tomas Ceffersonun Nyu-York şəhərindəki heykəli söküləcək

Nyu-York qanunvericiləri ABŞ-ın əsasını qoyanlardan biri olan Tomas Ceffersonun heykəlinin şəhər administrasiyası binasından götürülməsinə səs verib.

NBC News telekanalı xəbər verir ki, heykəlin götürülməsi barədə qərar Ceffersonun quldarlıq keçmişi səbəbindən qəbul olunub. Şəhər administrasıyasının üzvləri buna neçə illərdən sonra nail olublar. Belə ki, heykəl azlıqların bir neçə qrupu üçün təhqir sayıla bilər.

Heykəlin sökülməsinə Afrika əsilli Corc Floydun ağdərili polis tərəfindən hay-küylü qətli təkan verib. Heykəl Nyu-Yorkun tarix-elm muzeyinə qoyulacaq.

Son vaxtlar ABŞ-ın bir çox şəhərlərində 1861-1865-ci illərdə vətəndaş müharibəsi zamanı şimallılarla döyüşmüş cənublu konfederatların xatirəsinə ucaldılmış bir çox abidələr sökülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sənay Qəhrəmanlıya təcavüzdə ittiham olunan xalası oğlu saxlanıldı

Sonrakı məqalə

Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür