Torpağın altından 7 min əvvələ aid 38 başsız sklet tapıldı –FOTO

Slovakiyada bir qəsəbədə arxeoloji qazıntılar zamanı qəribə mənzərə üzə çıxıb.

Azpost.info bildirir ki, yerin altından 38 insanın skleti tapılıb. Bu barədə Kil Universiteti məlumat yayıb. Yaxşı halda qalmış skletlər bir yerdə basdırılıb. Onların heç birinin başı olmayıb. Yalnız bir balaca uşağın başı yerində olub.  Alimlər 7 min il əvvəl bu qədim insanların niyə başlarının kəsildiyini müəyyən edə bilməyiblər.

Vradle-Velke Lexembi (e.ə 5250-4950-ci illər) Mərkəzi Avropanın erkən neolit dövrünə aid böyük yaşayış məskəni olub. Artıq bir neçə ildir ki,alimlər burada qazıntı aparırlar. Qazıntı nəticəsində 313 ev aşkar olunub.

Azpost.info

Əvvəlki məqalə

“Qarabağ”dan gedən Kadi vida mesajı yazdı –

Sonrakı məqalə

Bakıda qatar avtomobillə toqquşub