Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri dəyişir

User 26 Yanvar 2023 - 11:55 (Last updated: 21 May 2025 - 20:15)
torpaq_300718

Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri dəyişir.

Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan”Torpaq Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürüləcək.

Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə “Torpaq icarəsi haqqında” qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

Yay və qış otlaqları (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşaedilə bilər.

Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Dəyişikliklər qəbul ediləcəyi təqdirdə torpaqların istifadəsi ilə bağlı ayrı-ayrı qurumların işinin EKTİS üzərindən vahid yanaşma ilə əlaqələndirilmiş formada təşkili həyata keçiriləcək, torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatların daşınmaz əmlakın dövlət reyestrindən EKTİS-ə real vaxt rejimində ötürülməsi təmin ediləcək, icarəçilərin (istifadəçilərin) rahatlığını təmin etmək üçün müddəti on bir aydan az olan icarə və istifadə hüquqlarının tanınması daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tələbi götürülməklə birbaşa EKTİS-ə daxil edilməklə tənzimlənəcək(apa).

Post navigation

Previous: Rusiya bazar və marketlərində ən çox bu ərzaqlar bahalaşıb
Next: İlham Əliyev Fransanın yeni səfirinin etimadnaməsini qəbul edib –

Oxşar xəbərlər

5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09

xƏBƏR

melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiyaya və Ukraynaya müraciəti nəticəsində Ukraynanın Oleşki şəhərində lokal atəşkəs barədə razılaşma...
Read more about Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
Gülmək sağlamlığa necə təsir edir? gulus
  • Maraqlı

Gülmək sağlamlığa necə təsir edir?

User 23 Oktyabr 2026 - 16:36
Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.