Tovuz rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib

Tovuz rayon Polis Şöbəsinin rəisi işdən azad edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Tovuz rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şirzad Əsgərov xidmətdə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Hazırda onun yerinə təyinat yoxdur.

Polis Şöbəsi rəis vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovnik-leytnanatı Şahlar Cəfərova həvalə edilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Prezident Ərdoğanın sərəncamına qədər fəaliyyətimi davam etdirəcəyəm” –

Sonrakı məqalə

Tramp sonuncu gün 73 nəfəri əfv edib