Tovuzda yol çəkilişi zaman qaz borusu partlayıb, yaralılar var

20 İyun 2020 - 17:00

Tovuz rayonunda yol çəkilişi zaman qaz borusu partlayıb, yaralılar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Xatınlı kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, yol çəkilişi zamanı qaz borusu partlayıb, iki nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.