Toylar yalnız “icaze.e-gov.az” portalında adı olan şadlıq saraylarında keçirilməlidir –QƏRAR

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyektlə bağlı məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir.

Bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda iş və xidmət sahələrində COVID-19 pasportu avqustun 1-dən tələb olunacaq

Sonrakı məqalə

Prezident İlham Əliyev BMT-nin Baş katibini təbrik edib