Ölkəmizdə cəbhədəki hərbi vəziyyətlə əlaqadar pikap avtomobillər mövzusu gündəmdədir.
Ötən illər ərzində pikaplar, xüsusən “Toyota”lar hərb doktorinasına sürətlə daxil olaraq bir sıra konfliktlərdə həlledici rol oynayıblar.
Hətta tarixdə “böyük Toyota müharibəsi” belə baş verib(1987). Çad ordusu bu müharibə zamanı Fransanın natamam hava dəstəyi ilə özündən 3 dəfə böyük (Liviya 96 min – Çad 28 min) və tam silahlanmış Liviya ordusunu ağır məğlubiyyətə uğradıb. Döyüş nəticəsində Çad ordusu cəmi 1000 nəfər itki verib. Qarşı tərəf isə 7500 piyada, 800 ədəd tank/zirehli transportyor, 30 a yaxın təyyarəsini itirib. 1000-ə yaxın texnika isə Çad tərəfindən ələ keçirilib.
Pikapların sürətli və etibarlı olması ilə yanaşı iqtisadi cəhətdən səmərəli olması assimetrik müharibə şəraitlərində özünü doğruldub. “Vur və qaç”, ani hücum taktikası elə bil məhz bu texnikalar üçün yaradılıb.
Pikaplar Çad-Liviya, Somalidə vətəndaş müharibəsində, Əfqanıstanda, Livanda, Liviyada, Suriyada Yəməndə baş vermiş konfliktlərdə geniş istifadə olunub.
Son dövrlərdə isə İŞİD terror qruplaşması bu texnikaları yenidən dəbə salaraq bütün dünyada ana xəbər başlıqlarına gətirmişdi.
Bu texnikalar çox asan modifikasiya olunur və üzərinə kiçik çaplı pulemyotlar, iri çaplı pulemyotlar reaktiv yaylım atəş sistemləri, yivsiz toplar, raketlər, çoxlüləli hava hücumundan mühafizə qurğuları və tank əleyhinə idarə olunan raketlər quraşdırıla bilər.
Pikaplar hücum əməliyyatlarında effektiv olsa da, müdafiədə özünü yararsız göstərib.