“Traktor” növbəti oyunda qələbə çalıb

13 Dekabr 2019 - 21:35
Futbol üzrə İran çempionatında 15-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “Fulad”la qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıblar – 1:0.
Təbrizin digər təmsilçisi “Maşinsazi” isə bu turda “Sanat Naft”la qarşılaşacaq.
“Traktor” hazırda 21 xalla 16 kollektiv arasında 8-ci, “Maşinsazi” isə 19 xalla 9-cu pillədə qərarlaşıb. (Matc.az)