Prezident İlham Əliyev Boris Consonu qələbə münasibəti ilə təbrik edib

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş Naziri vəzifəsinə yenidən təyin olunmağı münasibətilə Boris Consonu təbrik edib.

Təbrikdə deyilir:

“Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş Naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət veririk. Enerji sektorunda səmərəli fəaliyyətimiz xüsusi məmnunluq doğurur.

İnanıram ki, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi və dərinləşdirilməsi istiqamətində Sizinlə birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Traktor” növbəti oyunda qələbə çalıb

Sonrakı məqalə

“Ramiz Mehdiyevlə münasibətlərimiz yaxşı olub, tez-tez görüşürdük”-