Tramp Ərdoğanla İdlibi müzakirə edib

18 Fevral 2020 - 23:49

ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

“RİA Novosti” xəbər verir ki, danışıq müddətində Tramp Ərdoğanla İdlibdəki vəziyyəti müzakirə edib.

“Prezident Ərdoğanla çox yaxşı söhbətimiz alındı. O, möhkəm oğlandır, ancaq bizim yaxşı əlaqələrimiz var. O, Suriyada minlərlə, yüz minlərlə insanların öldürülməsini istəmir”, – deyə amerikalı lider jurnalistlərə açıqlamasında deyib.

“Biz İdlib haqqında danışdıq, biz bir yerdə işləyirik və baxaq görək nə edə bilirik”, – Tramp belə deyib.