Tramp 47 dəqiqə ərzində 200 sənəd imzalayıb

Tramp
Tramp
Ağ Evin Oval kabinetində jurnalistlərin iştirakı ilə Tramp sənədlərin imzalanması mərasimi keçirib. AzPost bildirir ki, prezident sərəncamlar imzalayıb və eyni zamanda mətbuatın suallarını cavablandırıb. Tramp həmçinin qeyd edib ki, sələfi Co Bayden bunu heç vaxt etməyib.

Xüsusilə Trampa Ukraynadakı münaqişə, ABŞ-da TikTok sosial şəbəkəsinin bloklanması ilə bağlı vəziyyət, həmçinin Qrenlandiya və Venesuela ilə bağlı suallar verilib . Bundan əlavə, ondan Rusiya prezidenti Vladimir Putinlə nə vaxt danışmağı planlaşdırdığı və bu il Çinə səfər etmək niyyətində olub-olmaması soruşulub.

Xatırladaq ki, Yanvarın 20-də səhər Tramp vəzifəyə gəldikdən sonra elə həmin gün 100-ə yaxın icra sərəncamı imzalamaq niyyətində olduğunu açıqlayıb. Onun andiçmə mərasimi günorta saatlarında baş tutub. Konqresdəki mərasimdən sonra o, administrasiyasına təyinatlarla bağlı ilk fərman və sərəncamları imzalayıb. Bundan əlavə, günortadan sonra Amerika lideri “Capital One” idman arenasında tərəfdarları qarşısında keçirilən mitinqdə çıxış edib və burada da bir neçə sənəd imzalayıb. CBS, Trampın ümumilikdə 200-ə yaxın icra sərəncamı, memorandum və bəyannamə imzaladığını bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.