“Tramp ABŞ-ın münasibətlərinə ağlasığmaz dərəcədə zərər vurub” –

Bayden
30 İyun 2021 - 08:11

Donald Tramp ABŞ Prezidenti postunda ölkənin müttəfiqləri və dünyanın digər dövlətləri ilə münasibətlərinə ağlasığmaz dərəcədə böyük zərər vurub.

TASS-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.

“Yeri gəlmişkən, mən yenicə Avropadan qayıtmışam. Nəticə isə budur. Mən bilirəm, hamınız bu kresloda sonuncu oturan tərəfindən beynəlxalq miqyasda vurulmuş ağlasığmaz zərəri başa düşürdünüz”, – deyə C.Bayden bildirib.