Rusiyada 83 yaşlı “qanuni oğru” koronavirusdan öldü –FOTO

Sankt-Peterburq şəhərində kriminal aləmdə “Derten” kimi tanınan ən yaşlı rusiyalı  “qanuni oğru” Valentin Qudiyevski vəfat edib.

Bu barədə “Praym Kraym” xəbər verib.

Onun koronavirusdan öldüyü bildirilir. Gecə 83 yaşlı kişinin temperaturu qalxıb, səhər isə reanimasiyaya yerləşdirilib. Həkimlərn səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

“Derten” həm də “oğru aləminin muşketyoru” kimi tanınıb. Bu ləqəb ona uşaq vaxtında taxta ilə yaxşı qılıncbazlıq etdiyi üçün verilmişdi.

Qudieyvski son 9 ildir ki, kriminalla məşğul olmurdu.

O, oğruların “ailəsində” ağsaqqal və ənənələrin qoruyucusu hesab edilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

1/4 final cütləri bəlli olub –

Sonrakı məqalə

“Tramp ABŞ-ın münasibətlərinə ağlasığmaz dərəcədə zərər vurub” –