Tramp bu gün hakim qarşısına çıxıb

Nyu-York məhkəməsində ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı cinayət işi üzrə proses başlayıb.

Azpost.info xəbər verir ki, Trampı qarşıda daha üç məhkəmə prosesi gözləyir.

Trampı işgüzar sənədləri saxtalaşdırmaqla bağlı 34 ittiham gözləyir. Onlar onun aktrisa Stormi Daniels ilə əlaqəsi haqqında kompromatların gizlədilməsinə görə ödənişlərlə bağlıdır.

“Fox News” kanalının hesablamalarına görə, Tramp ona qarşı irəli sürülən ittihamların cəminə görə 136 il həbs cəzası ala bilər. Ehtimal olunur ki, faktiki cəza xeyli yüngülləşəcək.

Sənədlərin saxtalaşdırılması Nyu-York qanunlarına görə cinayət hesab edilir, lakin başqa bir cinayəti gizlətməyə cəhd edildiyi təqdirdə bu, ən çox dörd il cəza ilə cinayət dərəcəsinə yüksəlir.

Azpost.info

Əvvəlki məqalə

Hakan Fidan BMT baş katibi ilə telefon danışığı aparıb

Sonrakı məqalə

“Tesla” 14 min işçini ixtisar edəcək