Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Tramp dövründə ABŞ-nin Ukraynaya hərbi yardımı 5 dəfə azalıb –

User 03 Avqust 2026 - 10:20 (Last updated: 03 Avqust 2026 - 08:46)
ukr herbi yardim abs

ABŞ-nin Ukraynaya silah tədarükü Co Baydenin prezidentliyi dövrü ilə müqayisədə təxminən beş dəfə azalıb.

Bu, ABŞ Konqresi üçün hazırlanmış və RIA Novosti agentliyinin təhlil etdiyi hesabatda əksini tapıb.

Hesabata görə, 2022-ci ilin martından 2024-cü ilin dekabrınadək Vaşinqton Kiyevə ümumilikdə 43,4 milyard dollar həcmində hərbi yardım göstərib.

Bu məbləğin 32,25 milyard dolları Pentaqonun ehtiyatlarından ayrılıb, 11,15 milyard dolları isə USAI proqramı çərçivəsində müdafiə sənayesi müəssisələrinə ödənilib.

Beləliklə, əvvəlki administrasiya 34 ay ərzində Ukraynaya orta hesabla ayda 1,28 milyard dollar həcmində hərbi yardım təmin edib.

Ağ Evdə hakimiyyət dəyişikliyindən sonra isə ABŞ Müdafiə Nazirliyinin ehtiyatlarından silah tədarükü dayandırılıb. Bu çərçivədə son yardım paketi 2025-ci il yanvarın 9-da elan olunub. Həmin vaxtdan etibarən silah tədarükü yalnız əvvəllər bağlanmış uzunmüddətli USAI müqavilələri əsasında həyata keçirilir.

2026-cı ilin birinci rübündə müdafiə şirkətlərinə 797 milyon dollar ödənilib ki, bu da ayda orta hesabla 266 milyon dollar deməkdir. Bu göstərici Bayden dövründəki orta aylıq yardım həcmindən təxminən beş dəfə azdır.

Bundan əvvəl yayılan məlumatlara görə, Ağ Evdə keçirilən görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan qış mövsümünə qədər “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 300 zenit raketi göndərilməsini xahiş edib.

Mənbələrin bildirdiyinə görə, bu müraciət iki ölkə liderinin ikitərəfli görüşü zamanı səsləndirilib.

AzPost.az

Post navigation

Previous: Məktəblilərə hər il pul ödənilməsi təklif edildi
Next: Nazim Şükürov Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti sədrinin müşaviri təyin edildi

Oxşar xəbərlər

ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
aramko
  • Dünya

Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi

User 08 Noyabr 2026 - 13:14
ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40

xƏBƏR

beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  bəyanat verir.         AzPost.az
Read more about Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI
İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…” erdoqan zefer paylasim
  • Siyasət

Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”

User 08 Noyabr 2026 - 15:01
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.