Tramp Ermənistan-Azərbaycanla bağlı məqaləni paylaşdı

ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiven Uitkoffun Ermənistan-Azərbaycan münaqişəsinin həllinə həsr olunmuş məqaləsini özünün “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşıb.

Məqalə “Washington Examiner” nəşrində dərc olunub.

Məqalədə bir neçə diplomat nəslinin Azərbaycan və Ermənistan arasında illərlə davam edən münaqişəni həllolunmaz hesab etdikləri, lakin bu yanaşmanın ABŞ Prezidenti Donald Trampın yenidən hakimiyyətə qayıtması ilə başa çatdığı qeyd edilib.

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ritorikanı deyil, nəticəni seçdiklərini vurğulayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.