Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Hərbi Dəniz Qüvvələrinin həbs edilən bölmə rəisi azadlığa buraxılıb

User 04 Sentyabr 2026 - 16:05 (Last updated: 04 Sentyabr 2026 - 16:05)
rusiyamehkeme

Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin rəisi Şahin Kiçibəyov qulluq mövqeyindən istifadə etməklə dələduzluqda ittiham olunur.

APA-nın əldə etdiyi xəbərə görə, onunla bağlı cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahin Kiçibəyov 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Daha sonra hökmdən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə baxılıb. Qərara əsasən, Şahin Kiçibəyovun apellyasiya şikayəti qismən təmin edilib.

Məhkəmə təqsirləndirilən şəxsin dəymiş ziyanın bir hissəsini ödəməsini, himayəsində azyaşlı uşağının olmasını və Vətən müharibəsi veteranı olduğunu nəzərə alıb.

Onun cəzasını şərti sayılıb, Şahin Kiçibəyov məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Şahin Kiçibəyov qulluq mövqeyindən istifadə etməklə, Hərbi Dəniz Qüvvələrində xidmətə qəbul və xidmət yerinin dəyişdirilməsi ilə bağlı vədlər verərək 20 min manatdan çox vəsaiti dələduzluq yolu ilə ələ keçirib.

Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham verilib.

AzPost.az

Post navigation

Previous: Dərmandan zəhərlənən qadın öldü
Next: Tramp Ermənistan-Azərbaycanla bağlı məqaləni paylaşdı

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.