Tramp Honkonqla bağlı qanun imzaladı, Çin sərt etiraz etdi:

"Daxili işlərimizə ciddi müdaxilədir"
28 Noyabr 2019 - 09:58

ABŞ prezidenti Donald Tramp Honkonqda demokratiya və insan hüququları haqqında qanunu imzalayıb.

“TASS”-ın verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.

Daha əvvəl ABŞ Konqresinin hər iki palatası tərəfindən qəbul edilən təşəbbüs ölkə administrasiyasından Çinin bu xüsusi inzibati ərazisindəki vəziyyət barədə qanunvericilərə müntəzəm olaraq hesabat verilməsini tələb edir və Vaşinqtonun fikrincə orada insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyaların tətbiq edilməsi imkanını nəzərd ətutur.

Çin isə ABŞ prezidenti Donald Tramp tərəfindən Honkonqda demokratiya və insan hüquqları barədə imzalanmasına qətiyyən qarşı çıxır. Bu barədə Çinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bəyanatda bildirilir: “Amerika tərəfindən Honqkonda demokratiya və insan hüquqları haqqında qanununun imzalanması Honkonqun və Çinin daxili işlərinə ciddi müdaxilədir, beynəlxalq hüququn və beynəlxalq münasibətlərin əsas normalarının ciddi şəkildə pozulmasıdır, həmçinin açıq-aşkar hegemonluqdur. Çin hökuməti və xalqı ciddi şəkildə etiraz edir”.