ABŞ prezidenti Donald Tramp koronavirusun dərmanının tapılmasına işarə edən tvit yayıb.
Azpost.info bildirir ki, Tramp iki dərmanın adını çəkərək bunu təbabət tarixində “ən yaxşı dəyişiklik” adlandırıb: “Bir yerdə götürülmüş hidrokisxloroxin və azitromitsin tibb tarixində ən əhəmiyyətli dəyişilik etməyə real şans yaradıb. FDA (ABŞ-ın Ərzaq və Dərman Administrasiyası) dağları aşa bildi. Sağ olun! Ümid edirəm həm FDA həm də Beynəlxalq antimikrob Agentliyi dərhal bundan istifadə edəcəklər. İnsanlar ölür, tez hərəkət etmək lazımdır. Allah hamıya kömək olsun!”.
Tramp söhbətin hansı dərmandan getdiyini açıqlamayıb.