Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Tramp İtaliyanın Baş naziri Meloni ilə dostluq etməyəcəyini bildirib

User 20 İyun 2026 - 16:08 (Last updated: 20 İyun 2026 - 16:39)
6a368295214b46a368295214b517819572696a368295214b26a368295214b3

ABŞ Prezidenti Donald Tramp artıq İtaliya Baş naziri Ciorcia Meloni ilə “dostluq etmək” istəmədiyini bildirib.

APA xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.

Tramp bildirib ki, İtaliyanın Baş naziri Fransada G-7 sammiti zamanı onunla şəkil çəkdirmək üçün dəfələrlə xahiş edib.

ABŞ Prezidenti qeyd edib ki, Meloninin İtaliyada populyarlığı azalır: “Bəlkə də ona görə ki, o, İranın nüvə silahı əldə etməsinin və ya inkişaf etdirməsinin qarşısını almaq məsələsində İtaliyanı səmimi qəlbdən sevən və qoruyan Amerika Birləşmiş Ştatlarından (yeri gəlmişkən, NATO-dan da!) imtina etdi. O, hətta bizə İtaliya uçuş-enmə zolaqlarından istifadə etməyə icazə vermədi ki, bu da ABŞ-ın İtaliyanı və digər NATO müttəfiqlərini müdafiə etmək üçün hər il yüz milyardlarla dollar xərcləməsinə baxmayaraq, böyük logistika narahatlığı yaradır. İndi isə, ABŞ-ın İran üzərində hərbi qələbəsindən sonra, o, “sayı artırmaq” üçün yenidən dostlar qazanmaq istəyir. Xeyr, təşəkkürlər!”, – Tramp qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Fransada keçirilmiş G7 sammitindən sonra İtaliya Baş naziri Ciorcia Meloninin birlikdə şəkil çəkdirmək üçün ona yalvardığını iddia edib.

“O (Meloni) mənə birlikdə şəkil çəkdirmək üçün yalvarırdı. O, bunu çox istəyirdi. Mən bunu etməzdim, amma ona yazığım gəldi. Yəqin ki, onunla danışdığım üçün özünü xoşbəxt hiss edir. Çünki mən onunla danışmağa borclu deyiləm”, – Tramp bildirib.

Meloni Trampın iddialarına cavab verib. İtaliya lideri ABŞ Prezidentinin sözlərini uydurma adlandırıb.

“Sözün açığı mən dəhşətə gəlmişəm. Bilmirəm ki, niyə ABŞ Prezidenti öz müttəfiqləri ilə belə rəftar edir? Bu, birinci dəfə deyil. Təəssüflər olsun ki, o, Qərbin və ABŞ-ın düşmənləri ilə münasibətdə eyni qətiyyəti göstərmir, onlarla daha mehriban davranır. O, bir məsələni yadda saxlamalıdır ki, İtaliya və mən heç vaxt yalvarmırıq”.

AzPost.az

Post navigation

Previous: Azərbaycan və Özbəkistan XİN rəhbərləri telefon danışığı aparıb, strateji tərəfdaşlıq müzakirə olunub
Next: Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib

Oxşar xəbərlər

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
ceyhun alman xin
  • Siyasət

Ceyhun Bayramov Almaniyanın xarici işləri naziri ilə görüşüb

User 18 Noyabr 2026 - 10:50
ilham alman xin
  • Siyasət

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib

User 17 Noyabr 2026 - 17:38

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.