ABŞ-ın sabiq prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı çox ağıllı, hiyləgər və amansız insan olduğunu bildirib.
Azpost.info bildirir ki, sabiq prezzident “Full Send Podcast” Youtube kanalında Şimali Koreya liderinin şəxsiyyətindən danışarkən “Çox ağıllı, çox hiyləgər və çox amansızdır” -deyə vurğulayıb.
Trampın sözlərinə görə, Kim Çen In genetik olaraq kifayət qədər ağıllı doğulub. Kim Şimali Koreya ordusu, xalqı və KXDR-də hər şey üzərində nəzarəti bərqərar edə bilib. Kanalın aparıcılarından onu bir sözlə təsvir etməsini xahişinə Tramp Kim Çen Inı “maraqlı” insan kimi xarakterizə edib.