Oğrular bir konteyner dolu qızılı anbardan oğurladılar

Naməlum şəxslər Toronto hava limanında 20 milyon Kanada dolları (təxminən 15 milyon dollar) dəyərində qızıl və digər əşyalar olan konteyneri oğurlayıblar.

Azpost.info bildirir ki, bu barədə Kanadanın CBC telekanalı  yerli polisə istinadən məlumat yayıb.

Toronto polisinin sözçüsü Steven Dievestein mətbuat konfransında deyib ki, konteyner hava limanına bazar ertəsi axşam gətirilib… Konteyner oğurlanmazdan əvvəl hava limanının anbarına göndərilib.

Hava limanını idarə edən Böyük Toronto Hava Limanları İdarəsi CBC-yə bildirib ki, oğrular üçüncü şəxs tərəfindən icarəyə götürülmüş anbarın əsas təhlükəsizlik xəttindən kənarda olan açıq sahəsinə daxil olublar.

“Oğrular hava limanının özünə daxil ola bilməyiblər və bu, nə sərnişinlər, nə də hava limanının əməkdaşları üçün təhlükə yaratmayıb”, – deyə agentlik bildirib.

Telekanalın məlumatına görə, polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.

Əvvəlki məqalə

Ukraynadakı Rusiya səfirliyi ilə bağlı müvafiq tədbir görüləcək –

Sonrakı məqalə

Tramp “Kim Çen In necə adamdır?” sualına belə cavab verdi