Tramp koronavirus testindən keçib –Nəticəsi hələ məlum deyil

ABŞ Prezidenti Donald Tramp koronavirus testindən keçdiyini bildirib. Qeyd edib ki, hələ testin nəticəsi məlum deyil.

RİA Novosti-nin verdiyi məlumata görə, Tramp bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı deyib.

Prezident hərarətinin olub-olmaması ilə bağlı verilən suala belə cavab verib: “Səhhətim tamamilə normaldır”.

Xatırladaq ki, bir neçə gün əvvəl Trampla görüşən Braziliya nümayəndə heyətinin üzvlərindən biri koronavirus xəstəliyinə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

UEFA AVRO-2020-nin bir il sonraya keçirilə biləcəyini təsdiqləyib

Sonrakı məqalə

Türkiyədən qayıtmaq istəyənlər üçün çarter reyslər ayrılacaq