Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“Tramp marşrutu” Azərbaycanda iqtisadi inkişafa töhfə verəcək

User 20 Dekabr 2025 - 10:40 (Last updated: 20 Dekabr 2025 - 08:47)
fitch

Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (Trump Route – TRIPP) gerçəkləşdirilməsi uzunmüddətli perspektivdə Azərbaycanın ixrac potensialının artımına və iqtisadi inkişafına töhfə verəcək.

Bu haqda “Fitch” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

“Fitch” analitikləri hesabatda 2025-ci ilin avqustunda Azərbaycan və Ermənistanın mərhələli şəkildə tamdəyərli sülh sazişinə nail olmaq məqsədilə sülh razılaşmasının mətnini parafladıqlarını xatırladırlar. Sənəddə sülh nizamlanması çərçivəsində Ermənistan ərazisindən keçməklə Naxçıvanla avtomobil və dəmir yolu əlaqəsinin yaradılması nəzərdə tutulur.

Agentliyin qiymətləndirməsinə görə, Naxçıvanla birbaşa quru əlaqəsinin yaradılması Azərbaycana Türkiyəyə birbaşa quru çıxışı təmin edəcək ki, bu da zamanla ixrac imkanlarının genişlənməsinə və iqtisadi artıma şərait yarada bilər.

“Oktyabr ayında Azərbaycan Ermənistana quru yolla yüklərin tranzitinə icazə verilməsi barədə qərar qəbul edib və bu, gərginliyin azalmasına dair əlavə siqnal kimi qiymətləndirilir. Ermənistanla münasibətlərdə risklərin azalması müdafiə xərclərinin ixtisarına gətirib çıxara bilər ki, bu da öz növbəsində ortamüddətli perspektivdə büdcə təzyiqlərini azaldacaq”, – deyə hesabatda vurğulanır.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.

AzPost.az

Post navigation

Previous: ABŞ “Qızıl kart” satışından 1,3 milyard dollar qazanc əldə edib
Next: Ukrayna “Lukoil”in Xəzərdəki neft platformasına zərbə endirib

Oxşar xəbərlər

bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04
pul
  • İqtisadiyyat

Gələn il əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə adambaşına müavinət xərci 1262,07 manata çatacaq

User 05 Noyabr 2026 - 15:15
pul
  • İqtisadiyyat

Bu il qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları proqnozu 300 mln. manata yaxın üstələyib

User 05 Noyabr 2026 - 15:12

xƏBƏR

Yuxusuzluq
  • Maraqlı

İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb

User 05 Noyabr 2026 - 23:00
Gün ərzində iş, ailə və gündəlik qayğılarla məşğul olan insan axşam yatağa uzananda qəfil narahatlıq hiss edə,...
Read more about İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb
Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik memur33
  • Sosial

Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik

User 05 Noyabr 2026 - 22:35
Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı DEMIRYOLU
  • Dünya

Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı

User 05 Noyabr 2026 - 22:11
Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi melani rus ukr
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi

User 05 Noyabr 2026 - 21:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.