Tramp Navalnının zəhərlənməsindən danışdı:"Hələ nə baş verdiyini dəqiq bilmirik”

“ABŞ-da Alexey Navalnının zəhərlənməsinə dair heç bir dəlil yoxdur və hələ nə baş verdiyini dəqiq bilmirik”. 

TASS xəbər verir ki, bunu Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp deyib.

ABŞ lideri əlavə edib ki, nə baş verdiyini dəqiq bilmir: “Düşünürəm ki, bu bir faciədir, bu dəhşətlidir, bu olmamalıdır. Hələ heç bir dəlilimiz yoxdur, amma araşdıracağam”.

Tramp Navalnının həqiqətən də zəhərləndiyi ortaya çıxarsa, çox qəzəblənəcəyini bildirib: Verilən məlumatları və sənədləri araşdıracağıq, çünki yaxın bir neçə gün ərzində bizə çoxlu sənəd göndəriləcək”.

O, həmçinin, ABŞ rəsmilərinin Navalnı ilə bağlı Almaniyanın gəldiyi nəticələri də şübhə altına almadığını söyləyib: “Xeyr. Almaniyanın nəticələrinin qəti olduğunu eşitdim. Lakin onları hələ görməmişik”.

Xatırladaq ki, çərşənbə günü Almaniya hökuməti “Bundesver” institunun toksikoloqlarının Navalnının analizlərinin nəticələrinə əsasən, onun “Noviçok” qrupundan olan kimyəvi  maddə ilə zəhərləndiyi barədə açıqlama verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gündən sentyabrın 7-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək

Sonrakı məqalə

Lukaşenko Berlin və Varşava arasında danışıqların səsini yaydı: