Tramp özü üçün sosial şəbəkə açıb –"Tezliklə fikirlərimi bölüşməyə başlayacağam"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünün “TRUTH Social” şəbəkəsinin açılacağını açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə The Hill qəzeti xəbər verib.

D.Tramp bildirib: “Böyük texnologiyaların zülmünə müqavimət göstərmək üçün TRUTH Social və TMTG (Trump Media & Technology Group) şirkətini yaratdım”.

ABŞ-ln keçmiş prezidenti tezliklə “TRUTH sosial şəbəkəsində həqiqəti” dərc edə biləcəyinə görə sevincini ifadə edib:

“Şadam ki, tezliklə sosial həqiqətlə bağlı fikirlərimi bölüşməyə başlayacağam və Böyük Texnologiyalara qarşı mübarizə aparacağam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Valyuta məzənnələri

Sonrakı məqalə

Sumqayıtda 30 yaşlı qadın intihar edib