Tramp pandemiya ilə bağlı yardım fərmanı imzaladı –

İşsizlər həftədə 400 dollar müavinət alacaq
09 Avqust 2020 - 11:01

ABŞ prezidenti Donald Tramp koronavirus pandemiyasının amerikalılara iqtisadi təsirinin azaldılması məqsədi ilə fərman imzalayıb.

“TASS”ın verdiyi məlumata görə, bu barədə D.Tramp Nyu-Cersi ştatında jurnalistlər üçün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu fərman amerikalılara pandemiyanın nəticələrini daha inamla aradan qaldırmağa imkan verəcək. İşsizlər həftədə 400 dollar müavinət almağa davam edəcəklər: “İldə 100 min dollardan az qazananlar üçün əmək haqqı vergisi ilə bağlı vergi tətilləri elan edirəm”.