“Tramp prezident olmamalıdır” –Boltondan sərt mövqe

“Noyabrda keçiriləcək prezident seçkilərində Donald Trampa səs verməyəcəyəm”.

Bunu ABŞ Prezidenti D. Trampın Milli Təhlükəsizlik Məsələləri üzrə sabiq müşaviri Con Bolton ABC telekanalına müsahibəsində deyib.

“Mən düşünmürəm ki, o, prezident olmalıdır. Düşünmürəm ki, o, ofis üçün yararlı biridir. Düşünmürəm ki, o, işi icra etmək qabiliyyətinə malikdir. Düşünmürəm ki, o, mühafizəkar respublikaçıdır. Noyabrda ona səs verməyəcəyəm. Əlbəttə ki, Co Baydenə də səs verməyəcəyəm. Səs vermək üçün başqa bir mühafizəkar respublikaçı müəyyənləşdirəcəyəm”, – deyə o bildirib. Bolton qeyd edib ki, D. Tramp administrasiyasına qoşularkən onunla bağlı bəzi hekayələrin təhrif olunduğunu düşünüb.

“Lakin bunun həqiqət olmadığı ortaya çıxdı”, – deyə C. Bolton vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zakir Həsənov Moskvada keçiriləcək Qələbə paradına gedir –

Sonrakı məqalə

Milli Məclisin plenar iclasları iyulun 5-dək təxirə salınır