Zakir Həsənov Moskvada keçiriləcək Qələbə paradına gedir –AÇIQLAMA

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov  Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu tərəfindən Moskvada keçiriləcək hərbi parada dəvət olunub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Z. Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda qonaq qismində iştirak edəcək.

Nümayəndə heyəti iyunun 23-də Moskva şəhərinə yola düşəcək.

Qeyd edək ki, paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti təmsil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bəhram Bağırzadənin səhhətində dəyişiklik yoxdur” –

Sonrakı məqalə

“Tramp prezident olmamalıdır” –