Tramp prezident seçkilərinin təxirə salınmasını təklif edib

30 İyul 2020 - 17:58

ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərinin təxirə salınmasını təklif edib. 

Bu barədə D. Tramp “Twitter”də bildirib.

O, ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar poçtla səsvermənin keçiriləcəyi 2020-ci ilin ABŞ-ın seçkilər tarixində ən qeyri-dəqiq və saxta il olacağını vurğulayıb.

“Bu, ABŞ üçün böyük bir ayıb olacaq. İnsanlar düzgün, etibarlı və təhlükəsiz səs verə bilənə qədər seçkilər təxirə salınsın?”, – deyə D. Tramp qeyd edib.