Tramp prezident seçkilərinin təxirə salınmasını təklif edib

ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərinin təxirə salınmasını təklif edib. 

Bu barədə D. Tramp “Twitter”də bildirib.

O, ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar poçtla səsvermənin keçiriləcəyi 2020-ci ilin ABŞ-ın seçkilər tarixində ən qeyri-dəqiq və saxta il olacağını vurğulayıb.

“Bu, ABŞ üçün böyük bir ayıb olacaq. İnsanlar düzgün, etibarlı və təhlükəsiz səs verə bilənə qədər seçkilər təxirə salınsın?”, – deyə D. Tramp qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiya eskalasiyasının qarşısını almaq üçün lazım olan bütün tədbirləri görüb” –

Sonrakı məqalə

Dövlətə xəyanət edən ər-arvad həbs olunub-