Tramp seçkilərdə məğlubiyyətini qəbul etmədiyini bəyan edib

ABŞ Prezidenti Donald Tramp seçkilərdə məğlubiyyətini qəbul etmədiyini bildirib.

Bu barədə Donald Tramp özünün Twitter səhifəsində yazıb. Onun sözlərinə görə, Co Bayden yalnız yalançı qalibdir:

“Co Bayden yalnız feyk-nyusun gözündə qalib gəlib. Mən heç nəyi qəbul etmirəm! Bizim hələ qarşıda böyük yolumuz var. Bu, seçkilərin saxtalaşdırılması idi”.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Aparıcı Amerika KİV-ləri əldə olunan məlumatlar əsasında demokratların namizədi Co Baydenin qələbəsini elan edib. Bununla belə, hazırkı Prezident Donald Tramp öz qələbəsini məhkəmədə müdafiə etmək niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xocavənd rayonunun işğaldan azad olunan Daşbaşı kəndindən videoreportaj –

Sonrakı məqalə

“Regionun enerji xəritəsi dəyişəcək” –