Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini açıqlayıb

ABŞ prezidenti Donald Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan etmək niyyətində olduğunu açıqlayıb.

APA xəbər verir ki, o bu barədə Nyu-Yorkda çıxışı zamanı danışıb.

 

“Nəhayət, İranı məğlub etdiyimiz və onlar ciddi məğlubiyyətə uğradıqları zaman, mən Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm”, – Tramp deyib.

Bunun çox tezliklə baş verəcəyini qeyd edən ABŞ prezidenti sözlərinə belə davam edib: “Biz blokadaya malikik. İstəmədiyimiz halda heç bir gəmi oradan keçə bilməz”.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.