Şirkətin məktubunda bildirilir ki, Meta Azərbaycanda ƏDV qeydiyyatını Dövlət Vergi Xidməti ilə tamamlamaq prosesindədir. Bu çərçivədə reklam hesablarının sahiblərindən Tax ID (vergi identifikasiya nömrəsi – VÖEN) məlumatlarını reklam hesabının parametrlərində yeniləmələri xahiş olunur.
Meta qeyd edir ki, müvafiq qaydalar tətbiq edildikdən sonra Azərbaycandakı reklam alışlarına 18 faiz ƏDV tətbiq oluna bilər.
Bu isə Facebook və Instagram platformalarında reklam yerləşdirən Azərbaycan istifadəçiləri üçün reklam xərclərinin vergi səbəbindən artması ilə nəticələnə bilər.
Məsələn, 100 manatlıq reklam alışına 18 faiz ƏDV tətbiq olunarsa, vergi məbləği 18 manat təşkil edəcək. Bu halda ümumi ödəniş 118 manata çata bilər.
Meta istifadəçilərdən reklam hesablarında vergi məlumatlarını yeniləməyi istəyir. Şirkətin bildirişində bunun Azərbaycanda ƏDV qeydiyyatı prosesinin bir hissəsi olduğu vurğulanır.
