Tramp Ümumdünya Səhiyyə Təşkilatına ultimatum verdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 30 gün ərzində ABŞ-ın tələblərini yerinə yetirməsə, Vaşinqton nəhayət bu təşkilata maliyyənin ayrılmasını dayandıracaq və üzvlüyünə yenidən baxacaq.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adanom Gebreisusa göndərdiyi məktubda bildirilib.

Tramp məktubunda qeyd edib ki, ABŞ hakimiyyət orqanları tərəfindən aparılan araşdırma ÜST barədə “ciddi narahatlıqları” təsdiqləyir.

Məktubunda Tramp beynəlxalq təşkilatın Çindən asılı olmadığını nümayiş etdirməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

ABŞ-ın Arizona ştatında 28 May “Azərbaycan Milli Günü” elan edilib