Tramp və Melani Hindistandadır –Əbədi eşq simvolu olan Tac-Mahala gediblər (FOTO)

ABŞ prezidenti Amerikanın Hindistanla 3 milyard dollarlıq hərbi avadanlıq satışı barədə razılıq əldə edəcəyini bildirib.

Bu bəyanatla Donald Tramp Əhmədabad şəhərində onu qarşılayan kütlə qarşısında çıxış edib. Hindistanın baş naziri Narendra Modi və Trampı qarşılamaq üçün 100 mindən çox insan toplaşıb.

Çıxışını hind dilində”Namaste” deyərək salamlamaqla başlayan Tramp bildirib ki, Hindistanın “bizim qəlbimizdə həmişə özəl yeri olub”.

“ABŞ Hindistanı sevir. Amerika Hindistana hörmət edir. Və Amerika hər zaman Hindistan xalqının sadiq dostu olaraq qalacaq” , Tramp bildirib.

O, Hindistanın urğurlu demokratiyasını alqışlarayaq, hər iki ölkənin terrorizmlə mübarizədə birgə çalışacağını deyib. Tramp bildirib ki, Vaşinqtonla Dehli arasında ticarət əlaqələri gücləndiriləcək.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Hindistanı dronlardan tutmuş helikopterlərə, raket sistemlərinə qədər “ən yaxşı hərbi avadanlıq”la təchiz etməyə hazırdır. O, iki ölkə arasında kosmik əməkdaşlığı da genişləndirməyi səbirsizliklə gözlədiyini bildirib.

Səfərindən öncə ABŞ dövlət başçısı iki ölkə arasında mühüm ticarət razılıqlarının əldə ediləcəyini demişdi. O, Modi ilə birlikdə ölkələrinin rifahı namənə yaxşı və hətta əla razılıqlara imza atılacana ümidini dilə gətirmişdi.

Modi də potensial ticarət sövdələşmələri barədə nikbin danışıb. O, hər iki ölkəni “təbii tərəfdaş” adlandırıb və onların Sakit okeanı hövzəsində sülh, inkişaf və təhlükəsizliyin təmin edilməsinə yardım edəcəyinə söz verib.

Trampın səfərini yüksək qiymətləndirən Modi bunun ölkələr arasında yeni səhifə açadığını deyib.

“Hindistan-ABŞ münasibətləri təkcə tərəfdaşlıqla bitmir, bu həm də nəhəng və yaxın əlaqələrin mövcudluğudur” – deyə, Hindistanın hökumət başçısı bildirib.

ABŞ prezidenti və birinci xanım Melania Tramp Sardar Patel stadionunda təşkil edilən “Trampa salam” mərasiminə qatılıb.

Bizim sərhədlərimiz terrorizm, terrorçular və ekstremizmin hər növünə daim bağlı olacaq”, Tramp deyib.

Tramp ailəsini daşıyan maşın karvanı Əhmədabadın yoxsul məhəllərinin görünməməsi üçün çəkilən 400 mertlik divar önündən keçib. 150 min çiçək postları da daxil edilməklə, yol boyu gözəlləşdirilmə layihələri həyata keçirilib.

Donald Tramp və Melania Tramp turustlərin diqqət mərkəzində olan Tac Mahal sarayını ziyarət etdikdən sonra Dehliyə yola düşüb.

Sabah prezidentin Modi ilə görüşü planlaşdırılıb. (Amerikanın Səsi)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AZTV-də yeni təyinatlar –

Sonrakı məqalə

Zabit və gizirlərin sosial müdafiəsi ilə bağlı qərarlar hazırlanır –