Tramp Vaşinqtonda əsas rəqibinə niyə məğlub olduğunu- AÇIQLADI

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasının ilkin seçkilərində uduzduğu Kolumbiya dairəsini (Vaşinqton) “bataqlıq” adlandırıb.

Azpost.info xəbər verir ki, Tramp “Truth” sosial şəbəkəsində paylaşım edərək martın 5-də 15 ştatda keçiriləcək ilkin seçkilərdə yüksək səs toplayacağını bildirib.

“Mən Vaşinqtondakı səsvermədən qəsdən uzaq durdum, çünki bu, heç bir üstünlük verməyən çox az nümayəndənin olduğu bataqlıqdır”, – Tramp qeyd edib.

Tramp Kolumbiyada dairəsində qalib gələn ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heylinin bütün vaxtını, səyini və pulunu bu bölgəyə qoyduğunu deyib. O xatırladıb ki, Missuri, Aydaho və Miçiqan ştatlarında bu zəif rəqibini məğlub edib.

Qeyd edək ki, Nikki Heyli Vaşinqtonda keçirilən ilkin seçkilərdə ilk qələbəsini qazanıb. O, 19 nümayəndənin hamısının səsini toplayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.