Tramp viza ilə bağlı mövqeyini AÇIQLAYIB

Donald Tramp
Donald Tramp

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp başqa ölkələrdən yüksək ixtisaslı mütəxəssislərə xüsusi ABŞ vizalarının verilməsinin tərəfdarıdır və bununla da İlon Maskın bu məsələdə mövqeyini dəstəkləyir.

APA xəbər verir ki, Tramp bunu “New York Post” nəşrinin əməkdaşı ilə söhbətində bildirib.

O ABŞ şirkətlərinə xaricdən mütəxəssisləri işə götürməyə imkan verən H-1B vizaları haqqında bunları deyib:

“Mən həmişə vizaları bəyənmişəm, mən həmişə vizaların tərəfdarı olmuşam və buna görə də bizdə var. Mənim bizneslərimdə H-1B vizası ilə çoxlu insan çalışır. Bu əla proqramdır.”

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.