Trampa qarşı Kapitoli iğtişaşlarına görə ittiham irəli sürüləcəyi istisna olunmur

08 Yanvar 2021 - 10:15

ABŞ-ın hazırkı prezidenti Donald Trampın Vaşinqton Kapitolidəki iğtişaşlara görə mühakimə olunacağı istisna edilmir.

Bunu Vaşinqtonun federal prokuroru vəzifəsini icra edən Mayk Şervin “CNBC” telekanalına müsahibəsində deyib.

“Bütün subyektlərin əməllərini araşdırırıq. Bu işdə iştirak etdiyi sübuta yetiriləcək hər kəs qanun məsuliyyətə cəlb olunacaq”, – deyə prokuror, siyasi rəqibləri tərəfindən iğtişaşlara təhrik etmədə ittiham olunan Trampın baş verənlərdə rolu ilə bağlı jurnalistin sualının cavabında bildirib. (APA)