Trampın çıxış etdiyi səhnə güllə keçirməyən şüşə ilə əhatələnib-FOTO

ABŞ prezidentliyinə namizəd Donald Tramp snayper hücumundan sonra ilk dəfə açıq havada ictimaiyyət qarşısına çıxıb.

Şimali Karolina ştatında Aşerboro aviasiya muzeyinin həyətində qurulmuş tribuna güllə keçirməyən şüşə ilə əhatələnib. Ətrafdakı binaların üzərinə isə snayperlər və xüsusi xidmət orqanlarının əməkdaşları yerləşdirilib.

İyulun 13-də olan hücumdan sonra ABŞ kəşfiyyatı Trampa açıq havada tədbirləri dayandırmağı tövsiyə etsə də, prezidentliyə namizəd bu təklifi qəbul etməyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.