Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Trampın gömrük siyasəti ABŞ sənayesinə zərbə vurur

Orkhan Ali 13 Oktyabr 2025 - 18:21 (Last updated: 13 Oktyabr 2025 - 13:09)
tramp bmt

ABŞ prezidenti Donald Trampın sənaye siyasəti ölkə iqtisadiyyatında gərgin müzakirələrə səbəb olub. AzPost xəbər verir ki, İsveçrənin Neue Zürcher Zeitung (NZZ) nəşrinin yazdığına görə, Tramp administrasiyasının milli istehsalı qorumaq məqsədilə tətbiq etdiyi yeni idxal rüsumları əksinə, ABŞ sənayesinin rəqabət qabiliyyətini zəiflədir.

Jurnalistlərin qeyd etdiyinə görə, Vaşinqtonun “daxili istehsalçını qorumaq” siyasəti paradoksal nəticə doğurub. Çünki idxal olunan dəzgah və avadanlıqlara tətbiq edilən əlavə rüsumlar bu texnikadan istifadə edən Amerika şirkətlərinin istehsal xərclərini kəskin artırır.

Hazırda polad və alüminium idxalına qoyulmuş 50 faizlik gömrük vergiləri avtomobil, aviasiya və məişət texnikası sektorlarında maya dəyərini ciddi şəkildə yüksəldib. NZZ yazır ki, indi də Tramp administrasiyası dəzgah və texnoloji avadanlıqlara qarşı analoji rüsumlar tətbiq etməyi planlaşdırır – bu isə ABŞ sənayesinin əsas sütunlarına zərbə vurmaq deməkdir.

Ekspertlər bildirirlər ki, ABŞ bu sahədə artıq Çin, Almaniya və Yaponiyadan geri qalır. Ölkədə rəqabətqabiliyyətli dəzgah istehsalçıları demək olar ki, qalmayıb və sənaye əsasən xarici texnologiyalardan asılı vəziyyətdədir. “Belə şəraitdə proteksionizm siyasəti milli təhlükəsizliyi qorumaqdan çox, sənayenin geriləməsinə gətirib çıxara bilər”, – deyə analitiklər vurğulayır.

Xüsusilə İsveçrə istehsalçıları narahatdır. Onların yüksək dəqiqlikli texnoloji avadanlıqları ABŞ hərbi və sənaye müəssisələri üçün vacib komponent sayılır. Swissmem assosiasiyasının baş iqtisadçısı Jan-Filipp Kol bildirir ki, “əgər bu rüsumlar qüvvəyə minsə, Amerika istehsalçıları keyfiyyətli komponentləri almaqda çətinlik çəkəcək və bu da ümumi texnoloji səviyyəni aşağı salacaq”.

AzPost.az

Post navigation

Previous: Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq
Next: Oftalmoloq gözlər üçün qaragilənin faydası barədə mifi təkzib edib

Oxşar xəbərlər

S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10
Avropa
  • Dünya

ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır

User 20 Noyabr 2026 - 19:33
errmeni spiker rubinyan
  • Dünya

“Müxalifət Azərbaycanla sülhə mane olur” – Ermənistan parlamentinin sədrindən ittiham

User 20 Noyabr 2026 - 19:16

xƏBƏR

S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10
Rusiya Türkiyənin S-400 zenit-raket komplekslərini üçüncü ölkəyə satmaq ehtimalı ilə bağlı Ankara ilə dialoqun sakit və qarşılıqlı...
Read more about Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı
Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur futbol siya
  • İdman

Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur

User 20 Noyabr 2026 - 22:48
İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı olum vefat
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı

User 20 Noyabr 2026 - 20:00
Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma Pəhriz
  • Maraqlı

Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma

User 20 Noyabr 2026 - 19:45
ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır Avropa
  • Dünya

ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır

User 20 Noyabr 2026 - 19:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.