Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Trampın oğlu keçmişə və gələcəyə səyahət edə bilir? –

User 06 May 2026 - 21:57 (Last updated: 06 May 2026 - 21:57)
baron tramp

130 il əvvəl yazılmış bir roman, ABŞ prezidenti Donald kiçik oğlu Barron Trampın əslində keçmiş və gələcək arasında zaman səyahətçisi olduğuna dair sui-qəsd nəzəriyyələrini alovlandırıb.

Azpost.info bildirir ki, amerikalı siyasi yazıçı və romançı İnqersol Lokvud 1893-cü ildə “Tramp qəsrində” yaşayan və “Don” adlı bir kişinin rəhbərliyi altında Rusiyaya səyahət edən varlı bir aristokrat oğlan haqqında kitab yazıb.. Uşaqlar üçün olan kitabın adı “Baron Trampın qəribə yeraltı səyahəti”dir.

Müasir Tramp ailəsi ilə qəribə təsadüflər, eləcə də kitabın fantastik süjeti bəzilərinin Tramp ailəsinin guya zaman səyahətinə qadir olduğu qənaətinə gəlməsinə səbəb olub.

Bu ağlasığmaz nəzəriyyə son illərdə o qədər populyarlıq qazanıb ki, Erik Trampın həyat yoldaşı Lara Tramp öz podkastında bunu təkzib etmək məcburiyyətində qalıb. O, təəccüblə qeyd edib ki, insanların buna necə inana biləcəyinə, ciddi şəkildə fərziyyələr irəli sürüldüyü videolara baxış sayına mat qalıb.  Lara “The Right View with Lara Trump” podkastının son bölümündə bildirib ki, “Mən heç kimi məyus etməyə çalışmıram, amma Barron Tramp zaman səyahətçisi deyil”.

O, nəzəriyyəni “dəlilik” adlandırıb.

O, həmçinin izləyiciləri ən azı bir real həyatda zaman səyahətçisinin adını çəkməyə çağırıb: “Bu mövcud deyil. Amma insanlar bu Barron hekayəsi ilə tamamilə həddini aşıblar. Sizə nə deyəcəyimi bilmirəm. Bu dəlilikdir. Mən Barronu 18 ildir tanıyıram. O, zaman səyahətçisi deyil. O, gözümün qabağında böyüyüb”.

Lokvudun kitabında Baron Tramp adlı personaj (bir “r” hərfi ilə) Don adlı sirli “Ustadlar Ustadı”nın rəhbərliyi altında Rusiya boyunca səyahətə çıxır.

Kitabın motivlərinə alternativ ölçülər və fantastik səyahət ideyası daxildir. Baron varlı bir ailədən olan və “çox aktiv zehnə” malik darıxdırıcı bir oğlan kimi təsvir olunur.

Lokvud həmçinin “Sonuncu Prezident” adlı siyasi roman yazıb. Bu romanda Nyu-Yorklu siyasi autsayder şəhərdə geniş yayılmış iğtişaşlar fonunda prezident olur. Mətndə Manhettendəki xaos səhnələri, o cümlədən “Qadınlar yürüşü” kimi etiraz hərəkatlarını xatırladan və varlı məhəllələrə hücum etməyə hazır olan izdiham təsvir olunur.

İnternet istifadəçiləri Lokvudun romanları ilə müasir hadisələr arasında paralelliklər müşahidə etdikdə, bəziləri Tramp ailəsinin guya zamanla səyahət edə biləcəyi qənaətinə gəliblər.

Əlavə “dəlil” Prezident Trampın əmisi Con Trampın bəzi sui-qəsd nəzəriyyəçilərinin zamanla səyahət texnologiyalarının tədqiqatçısı kimi təsvir etdiyi Nikola Teslanın arxivlərinə çıxışı olması iddia edilir.

Nəzəriyyənin tərəfdarları həmçinin Trampın “başqalarının bilmədiyi şeyləri bilirəm” deməsini, eləcə də rəssam Çarlz Delşaunun fantastik uçan maşınlarının şəkillərini də qeyd edirlər. Bu şəkillərdə guya “TRUMP” sözləri və Donald Trampın prezidentlik müddətlərinə istinad edən 45 və 47 rəqəmləri yer alır.

Merilenddəki Amerika Vizyoner Sənəti Muzeyinə görə, Delşau bəzilərinin UFO-ların təsvirləri ilə müqayisə etdiyi, antiqravitasiya maddəsi ilə işləyən uydurma uçan maşınları təsvir edib.

Əksər elmi təşkilatlar zaman səyahətinin mümkünlüyünü təsdiqləməsə də, bəzi tədqiqatlar bu cür hadisələrin kvant fizikası çərçivəsində nəzəri mümkünlüyünü nəzərə alır.

AzPost.az

Post navigation

Previous: Prezident İlham Əliyev və Zelenski arasında telefon danışığı olub
Next: ABŞ Oman körfəzində İran tankerini atəşə tutub

Oxşar xəbərlər

badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
amazonka tayfa
  • Maraqlı

Meşədə insanlardan gizli yaşayan qəbilə kömək istədi – Səbəb nədir?

User 18 Noyabr 2026 - 15:26
sehra qum
  • Maraqlı

Qum təpələrinin sirri açıldı – Marsın və Yerin keçmiş iqlimi araşdırılır

User 18 Noyabr 2026 - 10:31

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.