Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Trendyol Bakıdakı yeni ofisi ilə beynəlxalq əhatəni genişləndirir

User 10 Oktyabr 2024 - 16:45 (Last updated: 21 May 2025 - 20:15)
IMG_8709

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol oktyabrın 9-da Bakıdakı ofisinin açılışını edib. Bu addım “Trendyol”un Azərbaycan bazarına sadiqliyini və inamını nümayiş etdirir.

“Biz qardaş ölkə olan Azərbaycanda çox qısa müddət ərzində əlamətdar uğurlara imza ata bildik. Ortaq mədəni irsi paylaşmağımız, bu ölkənin gücünə və potensialına güclü inamımız sayəsində biz özümüzü burada hər zaman evimizdə kimi hiss edirik”, – deyə Trendyol Qrupunun baş icraçı direktoru Erdem İnan bildirib.

Azərbaycan bazarına daxil olduğu 2023-cü ildən etibarən Trendyol ölkədə ən çox yüklənən və ən çox istifadə edilən e-ticarət platformasına çevrilib. Cəmi 18 ay ərzində Trendyol 2 milyona yaxın müştəri qazanıb.

“Beynəlxalq bazarlara doğru genişlənməmizin əvvəlindən başlayaraq Azərbaycanda rəqəmsal ekosistemin inkişafına əhəmiyyətli töhfə verməklə, fəaliyyət göstərdiyimiz ölkənin potensialını kəşf etmək bizim üçün önəmli idi. Biz bu dinamik bazarda böyük potensial görürük və azərbaycanlı müştərilərimizə və tərəfdaşlarımıza daha innovativ həllər, xidmətlər və imkanlar təklif etməkdən məmnunuq”, – deyə Erdem İnan bildirib. “Trendyol olaraq biz Azərbaycanla inkişaf edən elektron ticarətə töhfə verməyə çalışırıq. Bakı ofisinin dəstəyi və Azərbaycanda fəaliyyətimizi gücləndirməklə 2028-ci il üçün hədəfimiz ticarət həcmini 1 milyard dollara çatdırmaq, 60 milyon məhsul satmaq və 3 milyon müştərini əhatə etməkdir”, – deyə Erdem İnan əlavə edib.

Trendyol şirkəti PAŞA Holdinq ilə strateji tərəfdaşlığa imza atıb. “PAŞA Holdinq”in müxtəlif sektorlardakı geniş bazar təcrübəsini və “Trendyol”un texnologiya, logistika və istehsal sahəsindəki güclü tərəflərini birləşdirərək, bu əməkdaşlıq Türkiyə ilə Azərbaycan arasında rəqəmsal körpünün yaradılmasına, eləcə də Azərbaycanda elektron ticarət ekosisteminin inkişafına töhfə verir.

“Trendyol kimi oyunçuların bizim iqtisadiyyata daxil olması və bu şirkətlə əməkdaşlıq etmək bizim üçün həqiqətən qürurvericidir.  Şirkəti yeni ofisinin açılması münasibəti ilə təbrik edirik və əməkdaşlığımızın uğurlu olacağına inanırıq”, – deyə “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov bildirib.

Azərbaycanda rəqəmsal ekosistemi daha da inkişaf etdirmək üçün Trendyol müxtəlif tərəfdaşlara rəqəmsallaşma üzrə hərtərəfli təlim proqramları təqdim edəcək.

Trendyol müxtəlif biznes nümayəndələri, inkişaf tərəfdaşları və dövlət qurumları ilə əməkdaşlıq edərək rəqəmsallaşma, qadınların səlahiyyətləndirilməsi və keyfiyyətli təhsilin dəstəklənməsinə yönəlmiş mühüm sosial layihələrə də start verib.

Dayanıqlıq üzrə yol xəritəsi və fəaliyyət planına malik ilk Türk e-ticarət şirkəti olan Trendyol, həmçinin Bakıda keçiriləcək COP29 sammitində iştirak edəcək ki, bu da qlobal istiləşmə ilə mübarizə üzrə gələcək öyrənmə və kollektiv səylər üçün mühüm imkan yaradacaq. COP29-a hazırlıq dövründə Trendyol bir sıra maarifləndirmə təşəbbüslərində fəal iştirak edib.

Post navigation

Previous: “Nar” və NETTY ilin ən yaxşı internet təşəbbüslərini mükafatlandıracaq
Next: Bölgələrdə gözlənilən küləkli hava ilə bağlı sarı

Oxşar xəbərlər

ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05
vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
suni intelekt is
  • Media

Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır

User 01 Noyabr 2026 - 16:00

xƏBƏR

tramp
  • Dünya

Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq”

User 05 Noyabr 2026 - 10:13
ABŞ prezident administrasiyası bəyanat yayaraq bildirib ki, demokratların Donald Trampın prezidentliyinin qarşıdakı iki ili ərzində onun planlarını...
Read more about Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq”
5 noyabrın ulduz falı – Hansı bürcləri sevgi, pul və yeni fürsətlər gözləyir? burcler
  • Maraqlı

5 noyabrın ulduz falı – Hansı bürcləri sevgi, pul və yeni fürsətlər gözləyir?

User 05 Noyabr 2026 - 10:00
Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər pensiya02
  • Sosial

Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər

User 05 Noyabr 2026 - 09:52
ABŞ Konqresinə ən azı 7 müsəlman siyasətçi seçilib – Tarixi rekord abs konqres
  • Dünya

ABŞ Konqresinə ən azı 7 müsəlman siyasətçi seçilib – Tarixi rekord

User 05 Noyabr 2026 - 09:43
İranla müharibəni yenidən başlada bilər – Tehranın reaksiyası Vaşinqtonu qəzəbləndirdi? abs iran savas
  • Dünya

İranla müharibəni yenidən başlada bilər – Tehranın reaksiyası Vaşinqtonu qəzəbləndirdi?

User 05 Noyabr 2026 - 09:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.