“Tribunal olacaq, ancaq Rusiya deyil, Kiyev rejimi üçün”- Moskvadan Borrelə cavab

“Tribunal olacaq, ancaq baş verən hər şeydə həqiqətən günahkar olanlar üçün. Yəni Rusiya rəhbərliyi yox, Kiyev rejimi üçün”.

Azpost.info xəbər verir ki, Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov Jozep Borrelin ruslar üçün tribunal yaradılması ilə bağlı bəyanatını şərh edib

Qeyd edək ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrel Ukraynadakı hərəkətlərə görə rusları məsuliyyətə cəlb etmək üçün müstəqil tribunalın yaradılmasına ehtiyac olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiya və Ukrayna Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyillər. Ona görə də məsələ xüsusi yurisdiksiya ilə həllini tapmalıdır.

Azpost.info

Əvvəlki məqalə

Avropada enerji böhranının qalibi ABŞ-dır –

Sonrakı məqalə

UEFA “Qarabağ”ın futbolçusu Musa Qurbanlının qol sevincini paylaşıb