Avropada enerji böhranının qalibi ABŞ-dır –Avropa şirkətləri niyə Amerikaya qaçır? ( WSJ)

 Avropada enerji böhranının ən böyük qalibi ABŞ-dır.

Azpost.info bildirir ki, bu barədə WSJ nəşri yazıb.

Jurnal qeyd edir ki, qaz qiymətinin sürətli bahalşamasından zərər çəkən polad və digər xammal istehsal edən Avropa şirkətləri öz əməliyyatlarını ABŞ-a köçürürlər. Amerika enerji daşıyıcıları üzərində daha sabit qiymət və hökumət dəstəyini təklif etməklə cəlbedici olub.

Ekspertlərin fikrincə, enerji daşıyıcılarının qiymətlərinin amansız şəkildə oynaması və təchizat zəncirində problemlər Avropa üçün yeni deindustrilizasiya (sənyayesizləşdrimə) erasının əsası qoya bilər.

Vaşinqton isə istehsal və “yaşıl enerji” üçün çoxlu stimulları açıqlayıb. Şirkət rəhbərləri bildirir ki, oyun dairəsi indi daha te-tez ABŞ-ın xeyirnə dəyişir. Xüsusən kimya məhsulları, batareya və digər enerji tutumlu məhsullar istehsal edən şirkətlər buna daha çox can atır.

Analitiklərin fikrincə, ABŞ iqtisadiyyatı rekord inflyasiya, tədarük zəncirində problemlər və ləngimə təhlükəsi ilə üzləşsə də, Çin “sıfır COVİD” siyasətini davam etdirdiyi və Avropada sabitliyin müharibə ilə pozulduğu üçün pandemiyadan bəri nisbətən güclənib.

Vaşinqtonun infrastruktur, mikroçiplər və yaşıl enerji layihələrinə yeni xərcləri ABŞ-ın işgüzar cəlbediciliyini artırıb.

 

Əvvəlki məqalə

ABŞ dövlət katibi Orta Asiya ölkələrinin XİN rəhbərləri ilə görüşdü

Sonrakı məqalə

“Tribunal olacaq, ancaq Rusiya deyil, Kiyev rejimi üçün”