Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“TRIPP dəhlizi regionun mənzərəsini əhəmiyyətli dərəcədə dəyişəcək” –

User 20 Fevral 2026 - 17:49 (Last updated: 20 Fevral 2026 - 17:49)
zengezur dehlizi

ABŞ tərəfinin təşəbbüsü ilə çəkilən  TRIPP dəhlizi investorların diqqətini cəlb edib.

Azpost.info bildirir ki, bu barədə Fitch Solutions şirkətinin proqnozunda deyilir.

Təşkilatın məlumatına görə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilkin icra mərhələsinə qədəm qoyub, eləcə də ABŞ-ın regionda artan geostrateji iştirakı yeni tranzit layihələrinə marağı artırıb.

Qeyd edilir ki, Azərbaycanı Ermənistan vasitəsilə Naxçıvanla birləşdirəcək TRIPP dəhlizi regionun logistika mənzərəsini əhəmiyyətli dərəcədə dəyişə bilər.

Hesabatda qeyd olunur ki, layihənin əsas hissəsi ABŞ-a məxsus qurumlar tərəfindən idarə olunacaq, pullu tranzit zonasının inkişafı üçün isə birgə müəssisə yaradılacaq. ABŞ rəsmiləri bildiriblər ki, əlaqəli layihələrə “milyardlarla dollar” investisiya cəlb edilə bilər.

Fitch Solutions hesab edir ki, enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturu və logistika sahələrində paralel təşəbbüslər Azərbaycanın regional tranzit mərkəzi kimi rolunu gücləndirə bilər. Bu fonda ABŞ ilə iqtisadi və strateji əməkdaşlığın 2026-cı ildə daha da dərinləşməsi gözlənilir.

Təşkilatın məlumatına görə, regionda artan investisiya fəaliyyəti həm iqtisadi dinamikanın, həm də geosiyasi tarazlığın yenidən formalaşmasına töhfə verə bilər.

Hesabata görə, ABŞ Bakı və İrəvan üçün Rusiya ilə strateji tərəfdaşlıqda əhəmiyyətli alternativə çevrilir.

AzPost.az

Post navigation

Previous: Mobil operatorların gəlirləri açıqlandı
Next: ABŞ-da məşhur astrofizik Karl Qrilmeyr öldürülüb

Oxşar xəbərlər

55b57241-1273-488c-b386-7b6f1ecf926b
  • Sosial

Abid Tahirlinin həyat və yaradıcılığı monoqrafik tədqiqatda

User 26 Oktyabr 2026 - 12:24
emin nazir
  • Sosial

Təhsil Nazirliyindən İrana sərt cavab – “Öz problemlərinizlə məşğul olun”

User 26 Oktyabr 2026 - 11:03
pensiya02
  • Sosial

Bu pensiyaçılara əlavə pul veriləcək – Kimlər siyahıdadır?

User 26 Oktyabr 2026 - 10:42

xƏBƏR

beyin
  • Maraqlı

Beynin gizli mexanizmi araşdırıldı – Görünməyən təsvir də beyində qalır

User 26 Oktyabr 2026 - 12:34
Neyrobioloqlar müəyyən ediblər ki, makak meymunlarının beyni iki təsvir arasında çox sürətlə keçid edir. Halbuki eksperimentin şərtlərinə...
Read more about Beynin gizli mexanizmi araşdırıldı – Görünməyən təsvir də beyində qalır
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı İrana niyə gedir? mekke sazisi
  • Dünya

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı İrana niyə gedir?

User 26 Oktyabr 2026 - 12:27
Abid Tahirlinin həyat və yaradıcılığı monoqrafik tədqiqatda 55b57241-1273-488c-b386-7b6f1ecf926b
  • Sosial

Abid Tahirlinin həyat və yaradıcılığı monoqrafik tədqiqatda

User 26 Oktyabr 2026 - 12:24
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib ilham niderland
  • Siyasət

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

User 26 Oktyabr 2026 - 12:16
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin 1200x800 (11)
  • Media

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

User 26 Oktyabr 2026 - 11:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.