Türk hərbçiləri İraqın şimalında mühüm terror hədəfini nəzarətə götürüblər

Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının İraqın şimalındakı ən mühüm hədəflərindən birini nəzarətə götürüblər. Zap vadisindəki “Mehmetçik Təpəsi” adlanan ərazinin alınması ilə təşkilatın strategiyası darmadağın edilib.

Bu təpə “Pəncə-Kilid” antiterror əməliyyatlarının aparıldığı bölgədə yerləşir.

PKK-nın əsas damarlarından biri hesab olunan bu ərazi terrorçuların möhkəmləndiyi mühüm mərkəz idi.

Ərazidə bir-birinə bağlı onlarla giriş-çıxışı olan bir neçə metr uzunluğunda tunellər aşkar edilib. Bu tunellərin yaşayış yeri kimi istifadə edildiyi, bəzilərinin girişində dəmir qapıların olduğu aşkarlanıb. Aparılan araşdırma nəticəsində bu qapıların arxasında müayinə otaqlarının yerləşdiyi və yaralı terrorçuların burada müalicə edildiyi müəyyənləşdirilib.

Əvvəlki məqalə

Daha 259 nəfər COVID-19-a yoluxub, 7 nəfər vəfat edib

Sonrakı məqalə

İran Azərbaycandan keçməklə Rusiyadan sutkada 9 milyon kubmetr qaz alacaq