Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Şuşada çıxış edib

User 23 İyul 2025 - 22:29 (Last updated: 23 İyul 2025 - 22:29)
aida01

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada ənənəvi olaraq keçirilən Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxış edib.

AzPost bildirir ki, tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, dövlət və hökumət qurumlarının nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, ədəbiyyat və incəsənət nümayəndələri, həmçinin ictimaiyyətin görkəmli simaları iştirak ediblər.

Şuşanın ruhunu yaşadan “Vaqif Poeziya Günləri”nin açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, bu müqəddəs torpaqlarda sözün, sənətin və mənəviyyatın bayramına çevrilən tədbirin əhəmiyyətini vurğulayıb. O, Fondun türk dünyasının dahi şəxsiyyətlərinin, memarlığının, maddi və qeyri-maddi irsinin təbliği istiqamətində həyata keçirdiyi layihələrdən, nəşr edilən kitablardan bəhs edərək bildirib ki, Şuşanın mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi naminə həyata keçirilən təşəbbüslər ortaq türk kimliyinin yaşadır və beynəlxalq arenada təbliğinə töhfə verir.

Nitqinin davamında bu torpaqlarda həmişə musiqinin səslənməsini, sözün yaşamasını və mədəniyyətin çiçəklənməsini diləyən Fondun prezidenti, çıxışının sonunda bütün mətbuat işçilərini Azərbaycan Mətbuatının 150 illiyi münasibətilə təbrik edib, onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin açılış mərasimində, həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycandakı Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Ramil Əhməd çıxışlar edərək tədbirin önəminə toxunublar.

Çıxışlardan sonra “Vaqifə məktub” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb. Aktotı Raimkulova, ikinci yerin qalibinə diplom təqdim edib.

Daha sonra Qarabağ Universitetinin İncəsənət fakültəsinin iştirakı ilə Molla Pənah Vaqifə həsr olunmuş “Səda içində söz” kompozisiyası və “İgidlərin sözü” layihəsi təqdim olunub.

AzPost.az

Post navigation

Previous: Ağ Ev sabiq prezident Obamanı xəyanətdə və sui-qəsddə ittiham edib
Next: İstanbulda Rusiya və Ukrayna nümayəndələrinin danışıqları başa çatıb

Oxşar xəbərlər

TEATR
  • Mədəniyyət

Gənc aktyorlar niyə rayon teatrlarında işləməyə getmir?

User 19 Noyabr 2026 - 16:03
WhatsApp Image 2026-11-19 at 12.37.15
  • Mədəniyyət

Ağrının yaddaş ömrü

User 19 Noyabr 2026 - 12:50
luqet kembric
  • Mədəniyyət

Kembric lüğəti 2026-cı ilin sözünü seçdi – Süni intellekt dövrünün mesajı

User 18 Noyabr 2026 - 13:14

xƏBƏR

neft kemer
  • Baş Yazı

Neft 77 dollara düşə bilər – Azərbaycanın büdcəsinə necə təsir edəcək? / TƏHLİL

User 20 Noyabr 2026 - 11:52
Dünya bazarında neft qiymətləri geosiyasi gərginliyə baxmayaraq ucuzlaşma tendensiyası nümayiş etdirir. Yaxın Şərqdəki risklər qiymətləri müəyyən qədər...
Read more about Neft 77 dollara düşə bilər – Azərbaycanın büdcəsinə necə təsir edəcək? / TƏHLİL
Bir ömrün nurlu hekayəti- Əsl müəllim portreti foto esas
  • Sosial

Bir ömrün nurlu hekayəti- Əsl müəllim portreti

User 20 Noyabr 2026 - 11:36
Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi – 3 körpü vuruldu kiyev raket
  • Dünya

Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi – 3 körpü vuruldu

User 20 Noyabr 2026 - 10:57
“Atlant” İstirahət mərkəzinin rəhbəri vəfat etdi qedesov
  • Sosial

“Atlant” İstirahət mərkəzinin rəhbəri vəfat etdi

User 20 Noyabr 2026 - 10:43
20 noyabrın ulduz falı – Gözlənilməz xəbər və yeni fürsətlər burcler
  • Maraqlı

20 noyabrın ulduz falı – Gözlənilməz xəbər və yeni fürsətlər

User 20 Noyabr 2026 - 10:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.